Bank Of Baku

Rusiya prezidenti meşə yanğınları ilə əlaqədar istirahətini yarımçıq kəsib

Rusiya prezidenti meşə yanğınları ilə əlaqədar istirahətini yarımçıq kəsib
# 04 avqust 2010 07:21 (UTC +04:00)
APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, D. Medvedevin bu gün Kremldə strateji obyektlərin təhlükəsizliyinin təmin olunması mövzusunda müşavirə keçirəcəyi gözlənilir.

D. Medvedev istirahət zamanı yoqa ilə məşğul olmaq və kitab oxumağı planlaşdırırdı. O, bir neçə gün yaxın dostu, baş nazir Vladimir Putinlə birlikdə dincəlmək və onunla balıq tutmağa getməyi də nəzərdə tutmuşdu. Lakin dövlət başçısı Moskvaya dönərək meşə yanğınlarının qarşısının alınması ilə şəxsən məşğul olmağı qərarlaşdırıb.

Xatırladaq ki, yanğınlarla əlaqədar Rusiyanın 7 regionunda fövqəladə vəziyyət elan olunub. Yanğın 500 min hektardan çox ərazini əhatə edib. Fəlakət nəticəsində 40-dan çox adam ölüb, bir neçə qəsəbə tam yanıb, çoxlu sayda insan evsiz qalıb. Meşə yanğınlarından ən çox Nijeqorodsk və Voronej vilayətləri zərər çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR