Bank Of Baku

Doku Umarov “Qafqaz əmirliyi”nin əmiri postundan getmədiyini bəyan edib

Doku Umarov “Qafqaz əmirliyi”nin əmiri postundan getmədiyini bəyan edib
# 04 avqust 2010 14:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə D. Umarov yaraqlıların saytlardan birində yayımlanan videomüraciətində bildirib.

Avqustun 2-də yayımlanmış müraciətində Şimali Qafqazdakı vəziyyət haqqında danışan D. Umarov istefasının qeyri-mümkünlüyünü vurğulayıb. Yaraqlıların lideri onun “Qafqaz əmirliyi”nin əmiri postundan istefasını açıqladığı və Aslambek Vadalovu öz yerinə təyin etdiyi barədə videogörüntünün saxta olduğunu da bildirib.

Qeyd edək ki, D. Umarovun istefa verməsi barədə videogörüntü avqustun 1-də yayımlanıb. Həmin görüntüdə D. Umarov istefasını səhhətindəki problemlərlə əlaqələndirib.

Lakin sonuncu müraciətində o, səhhətində heç bir problem olmadığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR