Bank Of Baku

Gürcüstan prezidenti Marneuliyə səfər edib

Gürcüstan prezidenti Marneuliyə səfər edib
# 04 avqust 2010 20:36 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili Marneulidə müvəqqəti yaşayan qaçqınlarla görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə xəbəri Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze bildirib. Onun sözlərinə görə, avqustun 7-də 2008-ci ilin avqust ayında baş verən müharibənin iki illiyi tamam olur. Bu hadisənin ikinci ildönümü münasibəti ilə ölkə prezidenti Marneulidən 15 km aralıda yerləşən və keçmiş hərbi hissədə məskunlaşan qaçqınlarla görüşüb və onların sosial həyat tərzi ilə maraqlanıb, problemlərini dinləyib. Qubernator APA-ya bildirib ki, Marneulidə 212 qaçqın ailəsi yaşayır: «Prezident burada olarkən ona bildirdilər ki, 44 qaçqın ailəsi status almayıb və onların kommunal borcları doqquz min larini keçib. Prezident həmin dəqiqə bu problemi həll etdi və indi qaçqınların işığı, qazı və digər yaşayış üçün vacib tələbatları ödənildi».

Mixail Saakaşvili qaçqınlara göstərdikləri köməyə görə Marneulidə yaşayan yerli əhaliyə minnətdarlığını bildirib. Prezident qaçqınlara bildirib ki, onlar öz yaşayış yerlərinizə qayıdacaqlar. “Bunlara baxmayaraq biz sizin üçün istənilən şəraiti yaradacağıq”, prezident bildirib.

Xatırladaq ki, Marneulidə Sxinvalidən, Tomaraşendən və digər yerlərdən qaçqın düşən 600 nəfərə qədər adam yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR