Bank Of Baku

Bu il gürcü ali məktəblərində təhsil alacaq azərbaycanlı abituriyentlər çoxluq təşkil edəcək

Bu il gürcü ali məktəblərində təhsil alacaq azərbaycanlı abituriyentlər çoxluq təşkil edəcək
# 04 avqust 2010 22:03 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Dünən Gürcüstan Milli İmtahan Mərkəzinin (MİM) direktoru Maya Miminoşvili 3 imtahanın gedişi barədə jurnalistlərə məlumat verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, mərkəzin rəhbəri keçirdiyi mətbuat konfransında riyaziyyat, fizika və kimyadan keçirilən imtahanların vəziyyəti barədə açıqlama verib. Onun sözlərinə görə, bu ilki imtahanlarda iştirak edən abituriyentlərin hazırlıq səviyyəsi çox aşağıdır. “İmtahanları vermək üçün 36. 500 nəfər abituriyent qeydiyyatdan keçib. İndiyədək onlardan 500 nəfəri müsabiqədən keçə bilməyib”.

Milli İmtahan Mərkəzi 3 imtahanın nəticələrini dərc etdirib. M. Miminoşvilinin sözlərinə görə, 14 min nəfər abituriyent riyaziyyatı seçib. Lakin onlardan 34%-i bal toplaya bilməyib. “Fizika fənnindən olan imtahanı isə 81 nəfər abituriyent seçib. Bu imtahanı isə 58 % abituriyent verə bilməyib. Kimyadan isə 465 nəfərdən 38 % abituriyent yüksək bal toplaya bilməyib”.

Gürcüstan elm və təhsil nazirliyindən APA-ya bildirilib ki, bütün imtahanların son dəqiq nəticələri barədə məlumat bir neçə gündən sonra bilinəcək: «Hər abituriyentə aldığı qiymət barədə məlumat veriləcək. Ali təhsil ocaqlarına daxil olan tələbələrin siyahısı isə bütünlüklə bu ayın axırında mətbuatda dərc olunacaq».

Marneuli rayon təhsil resursları mərkəzinin rəhbəri Kamandar İsmayılov APA-ya bildirib ki, proqnozlara görə, bu il gürcü ali məktəblərində təhsil alacaq azərbaycanlı abituriyentlər çoxluq təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR