Bank Of Baku

Tiflisdə “Eliks Elektroniks” şirkətinin keçmiş idarə rəisi Anzor Kokoladze saxlanılıb

Tiflisdə “Eliks Elektroniks” şirkətinin keçmiş idarə rəisi Anzor Kokoladze saxlanılıb
# 04 avqust 2010 23:21 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti “Eliks Elektroniks” şirkətinin keçmiş idarə rəisi Anzor Kokoladzeni saxlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə gürcü mətbuatı məlumat yayıb. Məlumata görə, şirkətin idarə rəisi və təsisçisi Anzor Kokoladze 2008-2009-cu ildə dövlət qarşısında götürdüyü öhdəliklərə düzgün əməl etməyib və maliyyə hesablarında dələduzluqda günahlandırılır.

Araşdırma Gürcüstan CM-nin 180-ci maddəsinə uyğun aparılır. Anzor Kokoladzenin təqsiri təsdiq olunarsa, onu 6 ildən 9 ilə kimi azadlıqdan məhrumetmə gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR