Bank Of Baku

İnquş müxalifətçisini öldürməkdə təqsirli bilinən şəxs güllələnib

İnquş müxalifətçisini öldürməkdə təqsirli bilinən şəxs güllələnib
# 05 avqust 2010 00:10 (UTC +04:00)
Bakı-APA. "Ингушетия.ru" saytının sahibi Maqomed Yevloyevi qətlə yetirmək ittihamı ilə barəsində məhkəmə qərarı olan keçmiş milis işçisi İbrahim Yevloyev İnquşetiyada kafelərin birində güllələnib. Güllələyənlərin kimliyi naməlumdur.

İ.Yevloyevlə birgə onun yanında olan respublika xüsusi təyinatlı qüvvələrinin əməkdaşı Beslan Alboqaçiyev də güllələnib. İ.Yevloyev aldığı yaralardan yerindəcə, Alboqaçiyev isə xəstəxanada keçiniblər.

İnquşetiyanın Qarabulaq məhkəməsi İ.Yevloyevi ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə 2 il azadlıqdan məhrum edib. İnquşetiya Ali məhkəməsi isə cəzanı şərti cəza ilə əvəz edib.

"Ингушетия .ru" saytının sahibi Maqomed Yevloyev 2008-ci ilin avqustunda qətlə yetirilib. İnquşetiya Respublika prokurorluğunun versiyasına görə, onu «şəhər milis şöbəsinə aparmaq istəyərkən maşında mübahisə düşüb və təsadüfi atəş M.Yevloyevin həyatına son qoyub».

"Ингушетия.ru" müxalifət yönümlü sayt hesab olunurdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR