Bank Of Baku

Belarus İrana S-300 kompleksləri satdığı barədə məlumatı təkzib edir

Belarus İrana S-300 kompleksləri satdığı barədə məlumatı təkzib edir
# 05 avqust 2010 00:57 (UTC +04:00)
Bakı-APA. Belarusun Dövlət hərbi-sənaye komitəsi İrana S-300 zenit raket sistemlərinin satılması barədə məlumatı təkzib edir. Bu barədə Belarus Dövlət hərbi-sənaye komitəsinin nümayəndəsi Vladimir Lavrenyuk bəyan edib.

«Belarus tərəfi İranla S-300 zenit raket sistemlərinin satılması barədə danışıqlar aparmayıb və bu ölkəyə sözügedən sistemlər satmayıb. İran tərəfi heç vaxt Belarusa S-300 zenit raket sistemlərinin, onun buraxılış qurğularının, digər elementlərinin alınması ilə bağlı müraciət etməyib», deyə Lavrenyuk bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR