Bank Of Baku

Qırğızıstanda prezidentliyə keçmiş namizəd müxalifətin qurultayını keçirəcək

Qırğızıstanda prezidentliyə keçmiş namizəd müxalifətin qurultayını keçirəcək
# 05 avqust 2010 03:22 (UTC +04:00)
Bakı-APA. Qırğızıstan prezidentliyinə keçmiş namizəd Urmat Barıktabasov cümə axşamı Bişkekdə müxalifətin qurultayını keçirməyə hazırlaşır.

Tədbirdə iştirak etmək üçün respublikanın bütün bölgələrindən 10 min nümayəndə dəvət olunub.

«Qırğızıstanın bugünkü vəziyyətini, inkişaf perspektivlərini müzakirə etmək üçün cəmiyyətin bütün təbəqələrinin, bütün bölgə, partiya, həmçinin hakimiyyət nümayəndələrini qurultaya dəvət etmişik», deyə qurultayın təşkilat komitəsindən bildiriblər.

Analoji aksiya Barıktabasovun doğulduğu Balıqçı şəhərində də keçiriləcək.

Biznesmen Urmat Barıktabasov 2005-ci ildə «zanbaq» inqilabından sonra prezidentliyə namizədliyini versə, də Mərkəzi Seçki Komissiyası ikili vətəndaşlığı olduğu üçün onun namizədliyini ləğv edib. Bundan sonra Barıktabasovun tərəfdarları hökumət binasını ələ keçiriblər.

Fakt üzrə cinayət işi qaldırıldığından Barıktabasov ölkəni tərk edib və medianın məlumatına görə, ərəb ölkələrində gizlənib. Bu ilin aprelində Kurmanbek Bakiyev hakimiyyətdən getdikdən sonra o Qırğızıstana qayıdıb və barəsində qaldırılmış cinayət işinə xitam verilməsini tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR