Bank Of Baku

Qırğızıstan milisi müxalifətçiləri dağıdıb

Qırğızıstan milisi müxalifətçiləri dağıdıb
# 05 avqust 2010 12:41 (UTC +04:00)
Bakı – APA. Qırğızıstan milisi Kant şəhəri ətrafında toplaşan və paytaxt Bişkekə yürüş etmək istəyən prezidentliyə keçmiş namizəd Urmat Barıktobasovun tərəfdarlarını dağıtmaq üçün işıqsaçan səs bombaları və gözyaşardıcı qazdan istifadə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Bişkek yolunu bağlayan mitinqçiləri dağıtmaq məqsədilə xüsusi vasitələrdən istifadə edildiyini təsdiqləyib. Şahidlər milisin havaya atəş açdığını da söyləyiblər. Daxili işlər naziri Kubatbek Baybolov bildirib ki, müxalifət tərəfdarları hakimiyyəti zorakılıqla ələ keçirməyi planlaşdırırdılar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR