Bank Of Baku

Qırğızıstanda prezidentliyə keçmiş namizəd həbs olunub

Qırğızıstanda prezidentliyə keçmiş namizəd həbs olunub
# 05 avqust 2010 16:19 (UTC +04:00)
APA-nın “İTAR-TASS”-a istinadən verdiyi məlumata görə, bu barədə respublika rəhbərliyindəki mənbə bildirib. Mənbənin sözlərinə görə, onunla birlikdə daha 6 nəfər saxlanıb. Onların tutularkən müqavimət göstərib-göstərmədikləri barədə məlumat verilmir.

Qeyd edək ki, eks-namizədin tərəfdarları bu gün Bişkekə toplaşmağa başlayıblar. Parlament binasının qarşısına 2 minədək insan toplaşıb. Aksiya iştirakçıları müvəqqəti prezident Roza Otunbayeva ilə görüş tələb edib, millətçi şüarlar səsləndiriblər.

U. Barıktabasov özü isə barəsində olan cinayət işinin bağlanmasını, habelə hökumətin başçısı postunun ona həvalə olunmasını tələb edib.

Lakin təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz, səs qumbaraları və rezin güllələrdən istifadə etməklə aksiya iştirakçılarını dağıdıblar.

Baş vermiş hadisə ilə bağlı bir neçə maddə üzrə cinayət işi başlanıb.

Xatırladaq ki, U. Barıktabasov barəsində 2005-ci ildə baş vermiş hadisələrlə əlaqədar dövlət çevrilişinə cəhd ittihamı ilə cinayət işi başlanıb. Həmin vaxt onun tərəfdarları hökumət evini müvəqqəti ələ keçiriblər. Barəsində cinayət işi başlandıqdan sonra Qırğızıstanı tərk edən U. Barıktabasov 2010-cu iyununda - cənub hadisələri zamanı ölkəsinə qayıdıb. O da bildirilir ki, U. Barıktabasov Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən də axtarılır. O, iqtisadi cinayətkarlıqda ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR