Bank Of Baku

Gürcüstanın turizm və kurortlar departamentinə 26 yaşlı Maya Sidamonidze rəhbərlik edəcək

Gürcüstanın turizm və kurortlar departamentinə 26 yaşlı Maya Sidamonidze rəhbərlik edəcək
# 05 avqust 2010 21:27 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanın turizm və kurortlar departamentinə 26 yaşlı Maya Sidamonidze rəhbərlik edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə turizm mərkəzində açıqlama verən Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Vera Kobaliya məlumat verib. Nazir bu təyinatın nazirlik tərəfindən elan olunan müsabiqənin nəticəsi olduğunu deyib. Onun sözlərinə görə, indi Londonda yaşayan Maya Sidamonidze müsabiqəyə layihə təqdim edib və qalib gəlib. M. Sidamonidze avqustun ortalarında Gürcüstana qayıdacaq. Vera Kobaliya jurnalistlərə yeni təyin olunan 26 yaşlı turizm və kurortlar departamentinin sədri Maya Sidamonidzenin tərcümeyi-halı barədə qısa məlumat da verib. “Maya Sidamonidze turizm sahəsində təhsil alıb. O, İsveçdə bakalavr dərəcəsi alıb, İngiltərədə isə magistr pilləsini bitirib. Onun turizm sahəsində təcrübəsi var. İlk mərhələdə biz turizm və kurortlar departamentinin sədri ilə birillik müqavilə bağlayacağıq. Müsabiqənin digər iştirakçıları isə diqqətdən kənar qalmayacaq. Onlardan bəzilərinə nazirlikdə müəyyən vəzifədə işləmək təklif olunacaq”.

Xatırladaq ki, bu il iyul ayının 12-də iqtisadiyyat və sabit inkişaf nazirliyi “Gürcüstanda turizmin və bu sahədə infrastrukturun qısa müddətli və uzun müddətli inkişafı” mövzusunda müsabiqə elan edib. Müsabiqənin şərtlərinə görə, layihə təqdim edən müəllif qalib gələrsə, birbaşa turizm və kurortlar departamentinə sədr təyin olur. Məlumata görə, birinci mərhələdə müsabiqə komissiyasına 109 ərizə daxil olub. Komissiya müsabiqə iştirakçılarından 10 nəfərin layihəsini seçib. İkinci turda seçilən 10 nəfər ilə söhbət aparılıb və qalib müəyyən olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR