Bank Of Baku

Qırğızıstanda hakimiyyəti ələ keçirmə cəhdinin qarşısı alınıb

Qırğızıstanda hakimiyyəti ələ keçirmə cəhdinin qarşısı alınıb
# 05 avqust 2010 23:56 (UTC +04:00)
Bakı-APA. Qırğızıstanda hakimiyyəti ələ keçirmə cəhdinin qarşısı alınıb. Ölkə prezidenti Roza Otunbayeva belə bir bəyanatla çıxış edib.

«Sabitliyi, paytaxtın dinc həyatını pozmağa, hakimiyyəti zorla ələ keçirməyə cəhd edildi. Hazırda vəziyyət qanuni hakimiyyətin nəzarəti altındadır», deyə Otunbayeva bildirib.

Xatırladaq ki, cümə axşamı Bişkekdə parlament binası qarşısında bir neçə min adamın iştirakı ilə müxalifətin mitinqi keçirilib. Aksiya iştirakçıları prezident Roza Otunbayevanın onlarla görüşməsini və biznesmen Urmat Barıktobasova qarşı açılmış cinayət işinə xitam verilməsini tələb ediblər.

Qırğız milisi mitinqçilərə qarşı gözyaşardıcı qaz və işıq-küy qumbarası istifadə edib.

Mitinqi təşkil etdiyinə görə «Meken Tuu» partiyasının lideri Urmat Barıktobasov həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR