Bank Of Baku

Moskva yaxınlığındakı hərbi hissədə yanğın olub

Moskva yaxınlığındakı hərbi hissədə yanğın olub
# 06 avqust 2010 12:24 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Moskva ətrafında yerləşən Kolomensk rayonunda Raket Hücumunun Qarşısının Alınması Baş Mərkəzinin hərbi hissələrindən birində yanğın olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, avqustun 5-də hərbi hissəyə yaxın ərazidə iki yerdə yanğın qeydə alınıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu bir saat ərzində söndürüblər. Hərbçilər arasında zərər çəkən yoxdur.

Strateji Əhəmiyyətli Raket Qoşunlarının mətbuat xidmətindən bildiriblər ki, Rusiya ərazisindəki yanğınlar nüvə obyektlərinə təhlükə törətmir. Nüvə silahları, raketlər və digər elementlər həm yanğın, həm təbiət hadisələri (ildırım və s.), həm də qısaqapanmadan etibarlı mühafizə olunur.

Xatırladaq ki, iyulun sonunda Rusiya Hərbi-Dəniz Donanmasının Kolomna şəhəri yaxınlığındakı aviasiya-texniki bazası yanıb. Alov 20 milyard rubl dəyərində 200 ədəd aviatexnikanı məhv edib. Bununla bağlı Rusiya prezidenti Dmitri Medvedev bir sıra yüksək vəzifəli zabitləri işdən çıxarıb və cəzalandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR