Bank Of Baku

Rusiyada milis polis olacaq

Rusiyada milis polis olacaq
# 06 avqust 2010 12:48 (UTC +04:00)
Bakı – APA. Rusiya prezidenti Dmitri Medvedev milisi polis adlandırmağı təklif edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, D. Medvedev bildirib ki, milisə onun köhnə adını qaytarmağın vaxtı çatıb. O, “Milis haqqında” qanun layihəsinin yeni redaksiyasının hazır olduğunu və yaxın günlərdə ictimai müzakirə üçün internetdə dərc ediləcəyini açıqlayıb. Müzakirələr xüsusi internet saytında sentyabrın ortalarına qədər davam edəcək.

Xatırladaq ki, Rusiyada milis öz funksiyasına görə 2 yerə bölünür: kriminal milis və ictimai təhlükəsizlik milisi. Kriminal milis operativ-axtarış, cinayət-prosessual fəaliyyət, ağır və xüsusilə ağır cinayətlərin açılması ilə, ictimai təhlükəsizlik milisi isə ictimai qaydaların, mülkiyyətin mühafizəsi və yol hərəkətinin təşkili məsələləri ilə məşğul olur.

Qeyd edək ki, Rusiyada polis XVIII əsrdə I Pyotrun fərmanı ilə yaradılıb. 1917-ci ildə polis milis adlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR