Bank Of Baku

Moskvada erməni kriminal avtoritet həbs olunub

Moskvada erməni kriminal avtoritet həbs olunub
# 06 avqust 2010 13:58 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Moskvada erməni kriminal avtoritet Asatryan saxlanıb. APA-nın «İTAR-TASS»-a istinadən məlumatına görə, Moskva Daxili İşlər Baş İdarəsi Cinayət Axtarışı Şöbəsinin əməkdaşları Krılatskie xolmı küçəsi, 36 saylı binanın yanında 6 maşını mühasirəyə alıblar. Milis işçiləri sənədləri yoxlamaq istəyərkən maşınlarda olanlar silahlı müqavimət göstərib, qaçmağa cəhd ediblər. Milis əməkdaşları silahdan istifadə etmək məcburiyyətində qalsalar da, atışma nəticəsində zərər çəkən olmayıb.
Sonradan məlum olub ki, cinayət qrup «Sereja-Osetrina» ləqəbli Ermənistan əsilli “qanuni oğru” Asatryanın təşəbbüsü ilə bir araya gəlib. 8 nəfər, o cümlədən Asatryan saxlanılıb.
Onların üzərində “Makarov” tapançası və narkotik maddə aşkarlanaraq götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR