Bank Of Baku

ABŞ hökuməti Rusiyaya getmək istəyən ölkə vətəndaşlarına xəbərdarlıq edib, Almaniya isə Moskvadakı səfirliyinin fəaliyyətini dayandırıb

ABŞ hökuməti Rusiyaya getmək istəyən ölkə vətəndaşlarına xəbərdarlıq edib, Almaniya isə Moskvadakı səfirliyinin fəaliyyətini dayandırıb
# 07 avqust 2010 07:25 (UTC +04:00)
APA-nın “Lenta.ru” xəbər portalına istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin saytına yerləşdirilən xəbərdarlıqda bildirilir ki, Rusiyanın bir sıra regionlarında, o cümlədən Moskva şəhəri və Moskva vilayətində təbii yanğınlar və anomal istilər səbəbi ilə atmosfer təhlükəli həddə qədər çirklənib. Rusiyaya getmək istəyənlərin bunun sağlamlıq üçün mümkün təsirlərini nəzərə almaları tövsiyə olunur. Bundan başqa, yanğınlar nəticəsində əmələ gələn tüstü dumanı təyyarələrin uçuşlarında gecikmələr yarada bilər. Xəbərdarlıq sentyabrın 5-nə qədər qüvvədə qalacaq.

Oxşar xəbərdarlıqla Almaniya Xarici İşlər Nazirliyi də çıxış edib. Ölkə vətəndaşlarına tövsiyə olunub ki, çox təcili ehtiyac olmadığı təqdirdə Rusiyanın yanğınların davam etdiyi bölgələrinə səfər etməsinlər. Almaniyanın Moskvadakı səfirliyinin fəaliyyəti də müvəqqəti dayandırılıb. Səfirlikdə yalnız növbətçilər qalacaq.

Xatırladaq ki, Moskvanın baş sanitar həkimi Gennadi Onişşenko paytaxt sakinlərini heç olmasa istirahət günlərində şəhəri tərk etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR