Bank Of Baku

Xarici diplomatlar Moskvanı tərk edirlər

Xarici diplomatlar Moskvanı tərk edirlər
# 07 avqust 2010 09:35 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA. Kanada və Polşa səfirlikləri tüstü dumanına bürünmüş Moskvadan öz əməkdaşlarını köçürür. APA-nın məlumatına görə, əsasən səfirliklərdə çalışan diplomatların ailə üzvləri və yüksək vəzifələri tutmayan əməkdaşlar köçürülürlər.

“Business Special Report Russia” jurnalı yazır ki, səfirliklər Rusiyanın fövqəladə hallar naziri Serqey Şoyqu Bryansk vilayətində yanğınlar nəticəsində radiasiyanın artmaq ehtimalı olduğunu bəyan etdikdən sonra belə qərar qəbul ediblər.

Moskvada müşahidə olunan ekoloji vəziyyət tənzif sarıqsız şəhərdə gəzməyə imkan vermir. Ekspertlərin rəyinə görə, hazırda ekoloji ziyanlılıq dərəcəsi gün ərzində iki qutu siqaretin çəkilməsinə bərabərdir.

Xatırladaq ki, artıq bir neçə həftədir, baş verən təbiət yanğınları nəticəsində yaranan tüstü dumanı Rusiya paytaxtını bürüyüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR