Bank Of Baku

Polisin dəyənəklə insanların başına, boynuna, körpücük sümüyünə, qarnına, cinsi orqanlarına və ürək nahiyəsinə zərbə endirməsi qadağan olunacaq

Polisin dəyənəklə insanların başına, boynuna, körpücük sümüyünə, qarnına, cinsi orqanlarına və ürək nahiyəsinə zərbə endirməsi qadağan olunacaq
# 07 avqust 2010 15:45 (UTC +04:00)
APA-nın “Lenta.ru” xəbər portalına istinadən verdiyi məlumata görə, polisin dəyənəklə insanların başına, boynuna, körpücük sümüyünə, qarnına, cinsi orqanlarına və ürək nahiyəsinə zərbə endirməsi qadağan olunacaq. Bundan başqa, polis güc tətbiqindən əvvəl insanlara bu barədə mütləq xəbərdarlıq etməli, qandallardan və əlləri bağlayan digər vasitələrdən istifadə etməməlidir. Şaxtalı havalarda icazəsiz aksiyaları dağıdarkən su püskürən maşınlardan istifadə etmək də yasaqlanacaq. Bu qadağa yalnız o halda pozula bilər ki, aksiyada zorakılıq elementləri olsun, nəqliyyatın hərəkəti əngəllənsin, rabitə vasitələrinin işi pozulsun. Hamilə qadınlar, əlillər və yetkinlik yaşına çatmayanlar silahlı müqavimət göstərmirsə, polis onlara qarşı xüsusi vasitələrdən istifadə edə bilməz.

Ölkə vətəndaşlarının hüquq-mühafizə orqanlarına etimadını bərpa etmək üçün qanun layihəsində polisin fəaliyyətində açıqlıq və şəffaflıq vəd olunur. Belə ki, polis vətəndaşların hüququnu pozarsa üzr istəməlidir. Hüquq-mühafizə orqanlarının işinə qiymət verilərkən isə ictimaiyyətin mövqeyi əsas meyar sayılacaq.

Qeyd edək ki, yeni qanun layihəsi prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə ictimai müzakirə üçün xüsusi yaradılmış saytda dərc olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR