Bank Of Baku

Marneulidə Mərkəzi kitabxana uçurulub

Marneulidə Mərkəzi kitabxana uçurulub
# 07 avqust 2010 20:35 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bir neçə ildir ki, Marneulinin mərkəzində fəaliyyət göstərən mərkəzi kitabxana uçurulub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə məlumatı Marneuli Gənclər Mərkəzinin üzvü Emin Əhmədov bildirib. Onun sözlərinə görə, hazırda kitabxanada olan 42 min kitab Marneuli Mədəniyyət Evinin zirzəmisində kisələrə doldurulub saxlanılır. “Kitablar çürüyür, korroziyaya uğrayır, toz basır, nəmişlikdən məhv olur. Son illər kitabxanaya heç kim bina ayırmır. Kitabxanada işləyən əməkdaşlar cüzi maaş alırlar. Kitabxana işçiləri təkmilləşdirmə kurslarına göndərilmir, bu sahədə kadr çatışmazlığı hiss edilir. Bütün bunlarla bərabər mərkəzi kitabxanaya 20 ildir ki, bədii ədəbiyyat daxil olmur. “Gənclərin intellektual səviyyəsi getdikcə azalır. Deyilənə görə, Heydər Əliyev Fondu tərəfindən Marneuli Mərkəzi kitabxanasına müxtəlif kitablar ayrılıb, lakin bu barədə bizim məlumatımız yoxdur. Eyni zamanda kitabxananın fondunda gürcü dilində kitablar da yoxdur. Demək olar ki hər şey sovetlərdən qalmadır. Rayon üzrə fəaliyyət göstərən kitabxanalardan yalnız 18 kitabxana fəaliyyətdədir.”
Marneuli Gənclər Mərkəzindən APA-ya bildirilib ki, Mərkəzin üzvlərinin səyi nəticəsində Marneuli şəhərində fəaliyyət göstərən 5 məktəbdə 150 nəfər müəllim və şagird ilə “kitabxanadan necə istifadə edirsiniz?” mövzusunda sorğu aparılıb. Nəticədə məlum olub ki, sorğuda iştirak edənlərdən 87%-i bir ildən çoxdur ki, kitabxana xidmətindən istifadə etməyib, həm də onların hamısı kitabxananın işini mənfi qiymətləndiriblər. Onlardan 49%-i kitabxananın effektli işləməyi üçün ana dilində lazımi ədəbiyyatın olmadığını bildirib. 34%-i isə istənilən şəraitin olmadığını deyib. Sorğuda iştirak edənlərin 17% isə bildirib ki, müasir gənclik kitabdan az istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR