Bank Of Baku

Azərbaycan Rusiyaya 120 yanğınsöndürəndən ibarət dəstə göndərməyə hazır olduğunu bildirib

Azərbaycan Rusiyaya 120 yanğınsöndürəndən ibarət dəstə göndərməyə hazır olduğunu bildirib
# 09 avqust 2010 15:04 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin beynəlxalq fəaliyyət departamentinin direktoru Yuri Brajnikov deyib. O bildirib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi 120 nəfərdən ibarət dəstə göndərməyə hazırdır. Y. Brajnikov Rusiya Fövqəladə Hallar Nazirliyinin bu yanğınsöndürənlərin hazırlanmasında iştirak etdiyini söyləyib: “Hazırda Avropanın cənubunda yanğınlar başlayıb. Portuqaliyada yanğınsöndürənlər böyük gərginlik içinə çalışırlar, orada da təcili tədbirlər görmək zərurəti yaranıb. Avropanın bütün cənub hissəsində yanğın təhlükəsi var. Ona görə də biz digər dövlətlərin təklifini ehtiyatda saxlayırıq”.

Xatırladaq ki, anomal istilərlə əlaqədar hazırda Rusiyanın 17 federasiya subyektində yanğınlar davam edir. Rusiya prezidentinin fərmanı ilə 7 regionda fövqəladə vəziyyət rejimi elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR