Bank Of Baku

Qırğızıstanda keçiriləcək parlament seçkilərinin vaxtı elan olunub

Qırğızıstanda keçiriləcək parlament seçkilərinin vaxtı elan olunub
# 10 avqust 2010 03:30 (UTC +04:00)
Bakı-APA. Qırğızıstan prezidenti Roza Otunbayevanın fərmanı ilə bu ölkədə keçiriləcək parlament seçkiləri bu il oktyabrın 10-na təyin olunub. Bu barədə ölkə hökumətinin məlumat-əlaqələndirmə mərkəzindən məlumat veriblər.

Seçkilər 2010-cu il iyunun 27-də keçirilmiş referendumun nəticəsi olaraq qüvvəyə minmiş yeni Konstitusiyaya əsasən keçirilir. Konstitusiyaya görə, Qırğızıstanda parlament-prezident idarəetmə üsulu olacaq. Qalib gəlmiş partiya hökuməti formalaşdıracaq, prezidentin səlahiyyətləri isə xeyli azaldılacaq.

Qırğızıstanın yeni parlamentində 120 deputat yeri var və qalib partiya yalnız 65 mandata malik ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR