Bank Of Baku

SSRİ-nin tanınmış partiya və dövlət xadimi Pyotr Demiçev vəfat edib - FOTO

SSRİ-nin tanınmış partiya və dövlət xadimi Pyotr Demiçev vəfat edib - <font color=red>FOTO</font>
# 10 avqust 2010 16:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. SSRİ dövrünün tanınmış partiya və dövlət xadimi, SSRİ-nin keçmiş mədəniyyət naziri, SSRİ Kommunist Partiyası Moskva Şəhəri Komitəsinin keçmiş birinci katibi Pyotr Demiçev vəfat edib.

APA-nın «Exo Moskvı» radiostansiyasına istinadən verdiyi məlumata görə, P. Demiçev 1918-ci il yanvarın 3-də anadan olub, 1937-1944-cü illərdə Qızıl Orduda xidmət edib. 1945-ci ildən partiya işində çalışıb, SSRİ Nazirlər Sovetində İşlər İdarəsinin rəhbəri, 1959-1960-cı illərdə SSRİ Kommunist Partiyası Moskva Vilayət Komitəsinin birinci katibi, 1960-1961-ci illərdə SSRİ Kommunist Partiyası Moskva Şəhər Komitəsinin birinci katibi olub.

P. Demiçev 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi işləyib, uzun illər Politbüroya üzvlüyə namizəd olub. 1974-cü ildən 1986-cı ilə kimi SSRİ-nin mədəniyyət naziri işləmiş P. Demiçev 1988-ci ildə təqaüdə çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR