Bank Of Baku

Qırğızıstanın keçmiş baş naziri həbs olunub

Qırğızıstanın keçmiş baş naziri həbs olunub
# 10 avqust 2010 16:45 (UTC +04:00)
APA-nın «İnterfaks»a istinadən verdiyi xəbərə görə, Milli Təhlükəsizlik Dövlət Xidmətindən bildirilib ki, hazırda Qırğızıstanın İnkişafı Fonduna rəhbərlik edən eks-baş nazir könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlib. Xüsusi xidmət orqanlarındakı digər mənbələr isə onun könüllü təslim olmadığını, keçirilmiş əməliyyat nəticəsində həbs olunduğunu bildirirlər.

Qeyd edək ki, İ. Çudinov 2007-ci ildən 2009-cu ilin oktyabrına kimi hökumətin başçısı olub, istefaya çıxandan sonra Fonda rəhbərlik edib. Bu ilin aprelində Bakiyev rejimi devriləndən sonra ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və vəsaitlərin məqsədsiz istifadə olunması maddələri ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR