Bank Of Baku

Marneulinin mərkəzində “Aşıqlar parkı” salınacaq

Marneulinin mərkəzində “Aşıqlar parkı” salınacaq
# 11 avqust 2010 03:16 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Marneulidə “Aşıqlar parkı” tikiləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə məlumatı Marneuli rayon bələdiyyəsinin sədri Ayvaz İsmayılov bildirib. Onun sözlərinə görə, tikintiyə sentyabrın 1-dən başlanacaq və park müasir standartlara uyğun tikiləcək. “Park Marneulinin mərkəzində, əhalinin gedib-gəldiyi yerdə salınacaq. Burada böyük bir barelyefdə görkəmli Borçalı aşıqlarından Aşıq Əmrah Gülməmmədovun, Aşıq Hüseyn Saraçlının və Aşıq Kamandar Əfəndiyevin adları yazılacaq. “Aşıqlar parkı” yaşıllıqla əhatə olunacaq, fəvvarə qurulacaq və dincəlmək üçün stullar qoyulacaq.”
Qeyd edək ki, parkı Gürcüstanda fəaliyyət göstərən Azərbaycanın “Bazalt LTD” şirkəti tikəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR