Bank Of Baku

Marneulidə otlaq sahələrinə yanğın düşüb

Marneulidə otlaq sahələrinə yanğın düşüb
# 11 avqust 2010 04:14 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Avqustun 10-da Marneuli rayonunun Yuxarı Saral kəndinin dağ yamaclarındakı otaracaq sahələrə yanğın düşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə barədə Marneuli rayon bələdiyyəsinin sədri Ayvaz İsmayılov məlumat bildirib. “Yanğın dağ yamaclarını aşaraq ermənilərin yaşadıqları Şaumyan qəsəbəsinin ətrafında olan qəbiristanlığa beş metr qalana qədər sahələr tam yanıb. Sonra alov bir evə də düşüb. Qəsəbədə yaşayan ermənilər səfərbər olaraq qəbiristanlığa düşən yanğını söndürüblər. Ümumiyyətlə, həmin gün Şaumyan icra nümayəndəliyinə məxsus 400 hektara qədər otaracaq və dağ yamacları yanıb. Qonşu kənddə yaşayan acarların da əkin sahələrinə ciddi ziyan dəyib. Həmin gün Bolnisi rayonunun Saraclı kəndinin əkin sahələri də tamamilə yanıb. Hadisə yerinə Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze gəlib. Bolnisidən, Qardabanidən və Marneulidən 12 yanğınsödürən maşınlar tez bir zamanda Yuxarı Saralın dağ yamaclarını söndürüblər. Hələlik yanğın az da olsa davam edir.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR