Bank Of Baku

Səudiyyə Ərəbistanı Moskvadakı vətəndaşlarını evakuasiya edir

Səudiyyə Ərəbistanı Moskvadakı vətəndaşlarını evakuasiya edir
# 11 avqust 2010 09:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Səudiyyə Ərəbistanı kralı Abdulla bin Əbdüləziz ölkə vətəndaşlarının evakuasiya olunması üçün Moskvaya təyyarə göndərmək barədə sərəncam verib. APA-nın “Ər-Riyad” qəzetinə istinadən yaydığı xəbərə görə, bunu Səudiyyə Ərəbistanının Rusiyadakı səfiri Əli bin Həsən Cəfər deyib. Səfir bildirib ki, Rusiyada olan Səudiyyə Ərəbistanı vətəndaşlarının evakuasiyası meşə yanğınları ilə əlaqədar Moskvada uzun müddət hökm sürmüş hava şəraitinin onların səhhətinə təhlükə yaratması ilə bağlıdır. Ümumilikdə 80 nəfərin evakuasiya olunacağı gözlənilir.

Qeyd edək ki, Moskvada yağan yağış tüstülü havanı təmizləyib. Lakin həftə sonu tüstülərin yenidən atmosferə hakim olacağı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR