Bank Of Baku

Tacikistan Daxili İşlər Nazirliyinin regional binasında partlayış olub

Tacikistan Daxili İşlər Nazirliyinin regional binasında partlayış olub
# 03 sentyabr 2010 08:04 (UTC +04:00)
Bakı – APA. Tacikistan Daxili İşlər Nazirliyinin ölkənin şimalındakı Xocənd şəhərində yerləşən mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə regional idarəsinin binasında partlayış olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, sentyabrın 3-də səhər tezdən binanın içində güclü partlayış baş verib. Nəticədə idarənin bir neçə əməkdaşı yaralanıb.

Bina təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR