Bank Of Baku

MDB ekspertləri fövqəladə hallardan zərər çəkmiş ölkələrə yardım üzrə Ehtiyat Fondun yaradılması haqqında saziş layihəsini müzakirə edəcəklər

MDB ekspertləri fövqəladə hallardan zərər çəkmiş ölkələrə yardım üzrə Ehtiyat Fondun yaradılması haqqında saziş layihəsini müzakirə edəcəklər
# 03 sentyabr 2010 14:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Müstəqil Dövlət Birliyinə (MDB) üzv ölkələrin ekspertləri sentyabrın 7-8-də Minskdə təbii və texnogen xarakterli fövqəladə hallar zamanı zərər çəkmiş ölkələrə yardım edilməsi üzrə Ehtiyat Fondun yaradılması haqqında saziş layihəsini müzakirə edəcəklər. MDB İcra Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fondun yaradılması haqqında qərar MDB hökumət başçıları Şurasının 2004-cü ildə keçirilən iclasında qəbul olunub.

Güman edilir ki, fond dövlətlər, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslərin ayırdığı maddi ehtiyatlar və maliyyə vəsaitləri, qüvvə, iş və xidmət, eləcə də könüllü köçürmələr və ianələr hesabına formalaşacaq. Öz qüvvəsi hesabına fövqəladə hallarla mübarizə apara bilməyən MDB ölkələri yardım üçün fonda müraciət edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR