Bank Of Baku

Azərbaycanda yaşayan Moldova vətəndaşları Konstitusiya referendumunda iştirak edəcəklər

Azərbaycanda yaşayan Moldova vətəndaşları Konstitusiya referendumunda iştirak edəcəklər
# 03 sentyabr 2010 14:36 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanda və Gürcüstanda yaşayan Moldova vətəndaşları Konstitusiya dəyişikliyi ilə bağlı keçiriləcək referendumda iştirak edə biləcəklər. Moldovanın Azərbaycandakı səfiri İqor Bodyu APA-ya bildirib ki, vətəndaşlar Bakıda yaradılmış 295 saylı seçki məntəqəsində səs verə bilər: “Azərbaycanda və Gürcüstanda yaşayan Moldova vətəndaşları sentyabrın 5-də səhər saat 07.00-dən axşam saat 21.00-a qədər səsvermədə iştirak etməyə dəvət olunublar”. Səfir qeydiyyatda olan Moldova vətəndaşlarının sayının 30-a yaxın olduğunu söyləyib.

Diplomat deyib ki, ölkələr arasında viza rejimi olmadığı üçün hazırda neçə Moldova vətəndaşının Azərbaycanda olduğu barədə dəqiq məlumatı yoxdur: “Amma əvvəlki illərdə səsvermədə təxminən 50 nəfər iştirak edib”.

Səsvermənin nəticələrini seçki məntəqəsində yaradılmış seçki bürosunun üzvləri hesablayacaq. Büronun sədri səfirliyin konsulluq şöbəsinin müdiridir, üzvləri isə diaspor nümayəndələrindən formalaşıb.

Xatırladaq ki, sentyabrın 5-də Moldovada ölkə başçısının parlament, yoxsa ümumxalq səsverməsi yolu ilə seçilməsi formasına dair referendum keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR