Bank Of Baku

Gürcüstan prezidenti Anakliya kurortunda parlament çoxluğunun üzvləri ilə görüş keçirib

Gürcüstan prezidenti Anakliya kurortunda parlament çoxluğunun üzvləri ilə görüş keçirib
# 04 sentyabr 2010 00:08 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Sentyabrın 3-də Gürcüstan prezidenti Gürcüstanın qərbində yerləşən Anakliya kurortunda parlament çoxluğunun üzvləri ilə görüş keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan prezidenti öz çıxışında bir sıra vacib məsələlərə toxunub. Prezident Mixail Saakaşvili bildirib ki, Gürcüstana güclü prezident institutu lazımdır. Bu sözləri Gürcüstan prezidenti ölkə konstitusiyasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, güclü prezident olmadan ölkəni müasir böhran şəraitində idarə etmək çox çətin olacaq. “Buna görə, mən Avropanın tövsiyəsinə əsasən prezidentin səlahiyyətlərinin azaldılması ilə razılaşmayacağam. Yeni konstitusiyaya görə, prezident həmişə beş il müddətinə seçiləcək, hökumət isə tez-tez dəyişə bilər. Güclü parlament isə hökumətə nəzarət edəcək. Əgər biz hakimiyyətdə qalmaq istəyiriksə, xalq ilə birlikdə ölkəni yüksək formada idarə etməliyik”, deyə Gürcüstan prezidenti çıxışında bildirib.

Mixail Saakaşvilinin prezidentliyinin ikinci müddəti 2013-cü ildə başa çatır. O, Anakliyadakı çıxışında üçüncü dəfə Gürcüstan prezidenti vəzifəsinə seçkilərə qatılmaq istəmədiyini də deyib: “Üçüncü dəfə seçkidə iştirak etmək üçün mənə icazə verilməsi barədə referendum keçirmək istəmirəm”.

Gürcüstan prezidenti ölkənin yeni konstitusiyasının qəbul edilməsində cəmiyyətin maraqlarının üstün tutulmasını əsas sayıb: “2003-cü ildə bizə köklü islahat lazım idi və biz onu həyata keçirə bildik. Birinci olaraq biz korrupsiya üzərində qələbə çaldıq və dövlətçilik ənənələrini təsdiq etdik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR