Bank Of Baku

Belarusda tanınmış müxalif jurnalistin meyiti tapılıb

Belarusda tanınmış müxalif jurnalistin meyiti tapılıb
# 04 sentyabr 2010 08:03 (UTC +04:00)
APA-nın “Regnum”a istinadən xəbərinə görə, Oleq Bebeninin cəsədi Minsk yaxınlığındakı bağ evində aşkarlanıb. Hazırda ölümün səbəbləri araşdırılır.

36 yaşlı O.Bebenin Belarus Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1990-cı illərdə müstəqil “İmya” (“Ad”) qəzetində çalışıb. 1998-ci ildə “Xartiya’97” saytının əsasını qoyub və ömrünün sonunadək onun dəyişməz rəhbəri olub. Evli olan O.Bebeninin özündən sonra iki oğlu qalıb.

Artıq jurnalistin siyasi motivlərlə öldürülməsi barədə xəbərlər yayılmağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR