Bank Of Baku

Gürcüstanda turizmin inkişafına xarici səfirliklər mane olur

Gürcüstanda turizmin inkişafına xarici səfirliklər mane olur
# 05 sentyabr 2010 01:12 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstanda turizmin inkişafına xarici səfirliklər mane olur. APA-nın məlumatına görə, bu barədə məlumatı FİNANCİAL qəzeti yayıb. Qəzetin məlumatına görə, Böyük Britaniya və Almaniya səfirlikləri vətəndaşlarını xəbərdar ediblər ki, Gürcüstanda terrorizm təhlükəsi, avtomobil qaçırılması və oğurluq var. Bu səfirliklər Tiflisin mərkəzi rayonları olan Vake, Vera və Saburtalonu əsasən təhlükəli hesab edirlər. ”Axvlediani küçəsində tənha gəzməyin, Narikala qalası ətrafında və “Kartli anası” heykəlinin ərazisində gecələr gəzərkən ehtiyat edin. Ölkədə yolların keyfiyyəti aşağıdır. Avtomobil yollarında isə hərəkət stress yaradır. Metro və marşrut taksilərində oğurluq faktları qeydə alınıb, -” bu məzmunda məlumatları səfirliklər yayın başlanğıcında məlumat yayıblar.
Gürcüstan hökuməti qeyd edib ki, səfirliklərin turistlərə belə informasiyaları ötürməsi turizmin inkişafına əngəllər törədir. İqtisadiyyat nazirinin müavini Arçil Kekeliyanın bildirdiyinə görə, Gürcüstanda turistlər özlərini müdafiə olunduğunu bildiriblər. Onun sözlərinə görə, bir çox ölkələr Gürcüstanı “qara siyahıdan” siliblər. Lakin yenə də ölkə barədə yayımlanan informasiyalarda problemlər var. Onlar təzələnmir. Buna görə də iqtisadiyyat nazirliyi və XİN belə neqativ məlumatların yayılmasına qarşı fəal iş aparırlar. Məlumata görə, səfirliklər yerli QHT, KİV və kriminal qurbanlarından informasiyalar alır.
Gürcüstanın turizm və kurortlar departamentinin sədri Maya Sidamonidze jurnalistlərə bildirib ki, onun rəhbərlik etdiyi turizm idarəsi 2011-ci ildə başa çatacaq yeni strategiya üzərində işləyir. “Yeni strategiya turizmin inkişafı üçün Gürcüstana çox vacibdir.”
APA-nın məlumatına görə, indiyədək Gürcüstanda bir milyondan çox turist dincəlib. Təkcə Acarıstanda 718 min turist otellərdə dincəlib. Digər yerlərdə dincələnləri də buraya əlavə etsək, bu rəqəm 900 min nəfərə çatar. Raca kurort zonasında 5 istirahət evi dolub-boşalıb. Bu il buraya 160 min turist gəlib. Bu rəqəmdən 2 500 nəfəri ukraynalılar və beloruslar olub. Qanmuxuri kurortunda hər gün dincələnlərin sayı 5-6 min nəfər olub. Qamxuridə Azərbaycandan gələn turistlərin sayı da çoxalıb. Avqustun 1-dən burada yeni otel açılıb.
Gürcüstan prezidenti bu il Gürcüstanda dincələn turistlərin sayının çox olacağını bildirib. Prezident qeyd edib ki, ilin axırına qədər ölkəyə dincəlməyə gələn turistlərin sayı 2 milyona çatacaq. “2013-cü ildə isə onların sayı ölkə vətəndaşlarının sayını ötəcək. 5 ildən sonra isə bizim hesablamalarımıza görə, Gürcüstana 10 000 000 nəfər turist gələcək. Bu isə turizm sahəsində yaxşı çalışmaq nəticəsində olacaq, -” Gürcüstan prezidenti bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR