Bank Of Baku

Dağıstanda hərbi hissəyə edilmiş hücumun qurbanlarının sayı artır

Dağıstanda hərbi hissəyə edilmiş hücumun qurbanlarının sayı artır
# 05 sentyabr 2010 04:44 (UTC +04:00)
Bakı-APA. Dağıstanın Buynaksk şəhərində 136-cı motoatıcı briqadaya intiharçının hücumu nəticəsində həlak olanların sayı beş nəfərə çatıb, yaralıların sayı isə 26 nəfərdir.
APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş İdarəsindən bildiriblər ki, 22 xəsarət alanın əsgərin vəziyyəti orta ağırdır, daha iki nəfər kirtik vəziyyətədir, iki nəfər ağır vəziyyətdədir.
10 əsgər yüngül yaralanıb. Onlara yerindəcə yardım edilib. Yaralıların əksəriyyəti Buynaksk şəhər xəstəxanasına yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR