Bank Of Baku

Moldovada Konstitusiya referendumu baş tutmayıb

Moldovada Konstitusiya referendumu baş tutmayıb
# 06 sentyabr 2010 07:24 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Moldova Mərkəzi Seçki Komissiyası ilkin məlumatlara əsasən referendumda seçicilərin 29,7%-nin iştirak etdiyini açıqlayıb. Referendumun baş tutması üçün səsvermədə seçicilərin azı 33%-nin iştirakı tələb olunur. Hələlik bir neçə seçki məntəqəsinin, o cümlədən ölkə xaricindəki məntəqələrin bülletenləri sayılmasa da, bu məntəqələrin nəticələri ümumi nəticəyə təsir göstərməyəcək.

Ən az nəticə Qaqauz muxtar bölgəsində qeydə alınıb. Burada ümumxalq səsverməsinə 10%-dən də az seçici qatılıb. Paytaxta Kişinyovda isə 30%-dən bir az çox nəticə əldə edilib.

MSK referendumu baş tutmamış elan etsə, səslər sayılmayacaq. Baş nazir Vlad Filatt isə bildirib ki, referendum baş tutmamış sayılsa, parlament buraxılacaq.

Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən Moldovada prezidenti parlament seçir. Konstitusiyaya təklif olunan dəyişiklikdə prezidentin xalq tərəfindən seçilməsi nəzərdə tutulurdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR