Bank Of Baku

Gürcüstanda Mixail Qorbaçovun həbs olunması tələbi ilə aksiyalar keçirilir

Gürcüstanda Mixail Qorbaçovun həbs olunması tələbi ilə aksiyalar keçirilir
# 06 sentyabr 2010 07:35 (UTC +04:00)
APA-nın “Qriuzia online” saytına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları Qorbaçovun Tiflis hava limanında həbs olunmasını tələb ediblər. Aksiyanın təşkilatçılarından Gürcüstan Xalq Cəbhəsinin sədri Nodar Natadze bildirib ki, Mixail Qorbaçov 1989-cu il aprelin 9-da Tiflisdə dinc sakinlərin gülləbaran edilməsinə əmr verən şəxs kimi cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Gürcüstan hakimiyyət orqanları əli gürcü xalqının qanına batmış Mixail Qorbaçovu yalnız ölkə sərhədlərini keçən kimi həbs edə bilərlər”.

Xatırladaq ki, SSRU-nin sabiq prezidenti Mixail Qorbaçov və ABŞ-ın sabiq dövlət katibi Kondoliza Raysın sabah Gürcüstana səfəri gözlənilir. Sabiqlərin planına həmçinin Azərbaycan, Ukrayna və Türkiyəyə də səfər daxildir. Qorbaçov və Rays bu ölkələrdə auditoriya qarşısında mühazirə ilə çıxış etməyə hazırlaşırlar. Onlar Gürcüstana səfər çərçivəsində Batumidə olacaq, Gürcüstan hakimiyyətinin təmsilçiləri, ekspertlər, iş adamları ilə görüşəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR