Bank Of Baku

Tiflisdə iki günlük Gürcüstan-Amerika biznes sammiti başlayıb - FOTOSESSİYA

Tiflisdə iki günlük Gürcüstan-Amerika biznes sammiti başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 08 sentyabr 2010 16:32 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisin “Kortiat-Marriot” otelində ABŞ-ın Gürcüstandakı səfirliyinin əməkdaşlığı və ABŞ Ticarət Departamentinin təşkilatçılığı Amerika-Gürcüstan biznes sammiti işə başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ABŞ-ın Gürcüstandakı səfiri Con Bass, ABŞ-ın kommersiya departamenti katibinin Avropa və Asiya məsələləri üzrə ikinci müavini Xuan Verdi, Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Vera Kobaliya çıxış edərək sammitin əsas məqsədinin Gürcüstan-Amerika iş adamları arasında əlaqələr yaratmaq olduğunu bildiriblər. Daha sonra natiqlər iştirakçıların suallarını cavablandırıblar. Sammit işini sabah davam etdirəcək. Sabah sammit çərçivəsində Gürcüstan və Amerika iş adamlarının görüşləri keçiriləcək. Amerika-Gürcüstan Ticarət Palatası həmin gün amerikalı iş adamlarını Gürcüstan bazarının imkanları ilə tanış edəcəklər.

Gürcüstanın iqtisadiyyat və sbit inkişaf naziri Vera Kobaliya jurnalistlərə bildirib ki, bu günkü sammit Gürcüstan-Amerika arasında biznes tərəfdaşlığının inkişafına yeni təkan verəcək: “Bu, sammit indiki vaxtda vacib olan biznes əlaqələrini necə qurmağı öyrədəcək. Bundan başqa Gürcüstanda istehsal olan məhsulların Amerikaya göndərilməsi təşkil olunacaq və Amerika biznesmenləri bizim ölkəyə investisiya qoyacaqlar. Gürcüstandan Amerikaya 7 min çeşiddə məhsul göndərəcəyik”.

Amerika-Gürcüstan Ticarət-Sənaye Palatasının prezidenti Devid Li jurnalistlərə bildirib ki, Gürcüstanda biznesi inkişaf etdirmək üçün istənilən şərait var: “Bugünkü sammit reklam xarakteri daşıyır. Gürcüstanda bizim üçün yeni şanslar əmələ gəlib. Qərbdə deyirlər ki, burada vəziyyət çətindir. Amma indi biz gördük ki, Gürcüstanda yaxşı biznes qurmaq olar. Burada həyat normaldır və hətta hökumət də istəyir ki, Gürcüstana investisiya qoyanlar çoxalsın. Buraya çoxlu biznes adamları gələcək. Biz Amerika, hətta Avropa iş adamlarını bu ölkəyə dəvət edirik”.

Qeyd edək ki, bir həftə sonra San-Fransiskoda analoji sammitin keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR