Bank Of Baku

Vladiqafqazın mərkəzi bazarında baş verən terror aktını törədən şəxsin kimliyi müəyyənləşdirilib

Vladiqafqazın mərkəzi bazarında baş verən terror aktını törədən şəxsin kimliyi müəyyənləşdirilib
# 09 sentyabr 2010 13:17 (UTC +04:00)
APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində bəlli olub ki, partlayan avtomobildə sürücünün yerində Arçiyev soyadlı şəxs olub. Avtomobilin özü isə Dobriev soyadlı şəxsin adınadır. Hadisədən 20 dəqiqə əvvəl isə avtomobil İnquşetiya-Şimali Osetiya sərhədini keçərək Vladiqafqaza gəlib.

Qeyd edək ki, Şimali Osetiyanın paytaxtı Vladiqafqazın mərkəzi bazarında törədilmiş terror aktı nəticəsində 15 nəfərin həlak olduğu, 50-dən çox insanın isə yaralandığı bildirilir. Ölənlərin sayının artacağı ehtimal olunur.

Rusiya prokurorluq orqanlarından bildirilib ki, bu gün səhər terrorçu-kamikadze “Volqa” maşınında 30-40 kq trotil gücündə bombanı işə salıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR