Bank Of Baku

Şimali Osetiya paytaxtındakı bazarda baş verən terror aktı zamanı partladılan avtomobilin sahibi saxlanılıb

Şimali Osetiya paytaxtındakı bazarda baş verən terror aktı zamanı partladılan avtomobilin sahibi saxlanılıb
# 09 sentyabr 2010 15:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Şimali Osetiyanın paytaxtı Vladiqafqazın mərkəzi bazarında baş verən terror aktı zamanı partladılan avtomobilin sahibi Dobriev soyadlı şəxs saxlanılıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, İnquşetiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçu-kamikadzenin partlatdığı “QAZ 3102”-nin sahibini aparılan istintaq hərəkətləri zamanı saxlayıblar.

Rusiya daxili işlər orqanlarındakı mənbə bildirib ki, hazırda həmin şəxsin ifadəsi alınır. İstintaqçılar həmin şəxsin terror aktı ilə əlaqəsinin olmasını da istisna etmir.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 205-ci 105-ci və 222-ci (terror aktı törətmək, qəsdən iki və ya daha artıq şəxsi öldürmə və qanunsuz silah dövriyyəsi) maddələri ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, Rusiya mətbuatı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb ki, partlayan avtomobildə sürücünün yerində Arçiyev soyadlı şəxsin olub. Avtomobilin özü isə Dobriev soyadlı şəxsin adınadır. Hadisədən 20 dəqiqə əvvəl isə avtomobil İnquşetiya-Şimali Osetiya sərhədini keçərək Vladiqafqaza gəlib.

Şimali Osetiyanın paytaxtı Vladiqafqazın mərkəzi bazarında bu gün səhər saatlarında törədilmiş terror aktı nəticəsində 16 nəfərin həlak olduğu, 90-dan çox insanın isə yaralandığı bildirilir. Ölənlərin sayının artacağı ehtimal olunur.

Rusiya prokurorluq orqanlarından bildirilib ki, bu gün səhər terrorçu-kamikadze “Volqa” maşınında 30-40 kq trotil gücündə bombanı işə salıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR