Bank Of Baku

Gürcüstan XİN-ni Gürcüstan-Azərbaycan konfederasiyasının yaradılmasının mümkünlüyü barədə informasiyanı təkzib edib

Gürcüstan XİN-ni  Gürcüstan-Azərbaycan konfederasiyasının yaradılmasının mümkünlüyü barədə informasiyanı təkzib edib
# 09 sentyabr 2010 21:34 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Sentyabrın 9-da Gürcüstanın XİN Qriqol Vaşadze Gürcüstan-Azərbaycan konfederasiyası haqqında jurnalistlərə açıqlama verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir belə bir konfederasiyanın yaradılmasının mümkünlüyü barədə informasiyanı təkzib edib. Vaşadze konfederasiyanı yaratmaq barədə Gürcüstan prezidenti Mixail Saakaşvilinin təşəbbüsünü jurnalistlərə açıqlayıb. O, qeyd edib ki, bu fikir Gürcüstan və Azərbaycan arasında qurulmuş ən başlıca qeyd olunan mehriban qonşuluq əlaqələri kontekstində deyilib. “Prezidentə yaxşı qulaq asmaq lazımdır. O, bir neçə dəfə təkrar edib ki, Gürcüstan və Azərbaycan əlaqələri strateji əlaqələr çərçivəsindən çıxıb və faktiki olaraq konfederasiya xarakterində olan ölkələr arasındakı əlaqəyə çevrilib. Bu o demək deyil ki, biz bərabər hüquqi baza yaradacaq, qanunverici orqan və Konstitusiyanı birləşdirəcəyik. Biz Gürcüstan və Azərbaycanın sıx və koordinasiyalı əlaqələr vəziyyətində olduğunu deyirik,”- Qriqol Vaşadze jurnalistlərə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR