Bank Of Baku

Gürcüstan paytaxtında xarici səfirlər və konsulların üç günlük görüşü başa çatıb

Gürcüstan paytaxtında xarici səfirlər və konsulların üç günlük görüşü başa çatıb
# 09 sentyabr 2010 23:24 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında sentyabrın 7-dən başlanan bu ölkənin xarici ölkələrdəki səfirləri və konsulları ilə baş tutan üç günlük görüş sentyabrın 9-da başa çatıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, diplomatik korpus nümayəndələrinin görüşünə Gürcüstanın XİN Qriqol Vaşadze yekun vurub. Nazir bildirib ki, Gürcüstanın xarici siyasətinin qarşısında duran problem və tapşırıqları həll etmək üçün yaxşı ənənənin başlanğıcı qoyulub. Vaşadzenin dediyinə görə, ən vacibi odur ki, səfirlər xaricdəki diplomatik missiyanın problemlərini müzakirə ediblər. Qriqol Vaşadze görüş iştirakçılarının Gürcüstan prezidenti ilə görüşdüklərini və ətraflı söhbət etdiklərini də bildirib. “ Bu, prezidentlə olan yüksək səviyyəli danışıq idi. Prezident bu görüşdə Gürcüstan xarici işlər idarəsinin işini yüksək qiymətləndirib. Lakin o, bildirib ki, əldə edilən nəticələrlə kifayətlənə bilmərik. Çünki biz çox böyük çağırışlar qarşısında dururuq,-“ Vaşadze qeyd edib.
Onun sözlərinə görə, prezidentlə görüşdə ölkənin iqtisadi inkişafı və tikintisi barədə danışıqlar gedib. “ Prezident tərəfindən Ermənistan, Azərbaycan və Ukraynadakı səfirlərə konkret tapşırıqlar verilib,”- Qriqol Vaşadze bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR