Bank Of Baku

Vladiqafqazda baş verən terror aktında ölənlərin sayı 18 nəfərə çatıb

Vladiqafqazda baş verən terror aktında ölənlərin sayı 18 nəfərə çatıb
# 10 sentyabr 2010 07:37 (UTC +04:00)
Bakı-APA. Vladiqafqaz mərkəzi bazarında həyata keçirilən terror aktı nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, hadisə zamanı 137 nəfər yaralanıb, onlardan yüzdən çoxu xəstəxanalarda həkim nəzarəti altındadır.
Xatırladaq ki, hadisə dünən Bakı vaxtı ilə 12.20-də baş verib. Terrorçu-kamikadze bazarın əsas girişi qarşısında minalanmış “Volqa” markalı avtomobili partladıb. Partlayışın gücü 30-40 kiloqram trotil ekvivalentinə bərabər olub. Partlayışdan bir qədər əvvəl Şimali Osetiyanın inzibati sərhədində həmin “Volqa” maşınını yoxlayan milislər yük yerində 40 litrlik propan balonu aşkarlayıblar. Lakin sürücü maşının həm benzin, həm də qazla işlədiyini bildirib. Maşının sənədləri Arçakov adlı şəxsin adına olub. Araşdırma zamanı Arçakovun maşını bir gün əvvəl satdığını müəyyənləşib.
Bu gecə ekstremistlərə məxsus saytlardan birində Doku Umarovun videomüraciəti yayımlanıb. Rusiya ərazisində terror aktlarını davam etdirəcəyini bəyan edinə Umarov bununla faktiki olaraq Vladiqafqazdakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR