Bank Of Baku

Belarus vətəndaşı doğum tarixinin Lukaşenkolarla eyni günə dəyişdirilməsini istəyir

Belarus vətəndaşı doğum tarixinin Lukaşenkolarla eyni günə dəyişdirilməsini istəyir
# 10 sentyabr 2010 08:43 (UTC +04:00)
Bakı - APA. Belarusun Qomel şəhərinin sakini yerli VVAQ idarəsinə müraciət edərək, öz doğum tarixinin dəyişdirilməsini xahiş edib.

APA-nın Belarus mətbuatına istinadən xəbərinə görə, 1 sentyabr 1952-ci il təvəllüdlü Vladimir Nepomnyaşix Belarus prezidenti Aleksandr Lukaşenkodan nümunə götürərək, doğum tarixinin 31 avqusta dəyişdirilməsini istəyir.

Xatırladaq ki, bu ayın əvvəlində Belarus prezidenti Aleksandr Lukaşenkonun rəsmi bioqrafiyasında doğum tarixinin 30 avqustdan 31 avqusta dəyişdirildiyi məlum olub. Prezident Administrasiyasında belə izah ediblər ki, 1954-cü ildə Aleksandr Lukaşenko anadan olarkən müvafiq idarədə doğum tarixi səhvən 30 avqust kimi qeydiyyata alınıb. Amma daha geniş yayılmış versiyaya görə, Lukaşenko doğum tarixini qeyri-rəsmi həyat yoldaşından olan oğlu Kolya ilə eyni gündə qeyd etmək üçün 31 avqusta dəyişdirib.

Vladimir Nepomnyaşix öz ərizəsində qeyd edib ki, onun doğum tarixi - 1 sentyabr İkinci Dünya müharibəsinin başladığı günlə üst-üstə düşür: “Amma nə yaxşı ki, bizim həyatımızda işıqlı və şad günlər də var. Onlardan biri də Kolya Lukaşenko və onun atasının doğum günüdür. Çox xahiş edirəm ki, mənim də doğum tariximi 31 avqusta dəyişdirəsiniz. Bu, mənim üçün böyük xoşbəxtlik olardı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR