Bank Of Baku

Acarıstan daxili işlər nazirinin sabiq müavini Moskvada qətlə yetirilib

Acarıstan daxili işlər nazirinin sabiq müavini Moskvada qətlə yetirilib
# 10 sentyabr 2010 07:58 (UTC +04:00)
Moskva-APA. Bu gecə Moskvada öldürülən qafqazlının şəxsiyyəti müəyyənləşib. APA-nın məlumatına görə, Rusiya hüquq-mühafizə orqanları öldürülən şəxsin Acarıstan daxili işlər nazirinin sabiq müavini, “Rembo” ləqəbli Elquc Cinçaradze olduğunu açıqlayıblar. O, Bakı vaxtı ilə 02.00 radələrində Taras Şevçenko küçəsindəki limanın ərazisində güllələnib. Şahidlər Cinçaradzenin iki qafqazlı ilə birlikdə maşında əyləşdiyini söyləyiblər. Maşındakı şəxslər arasında mübahisə baş verib, daha sonra kişilərdən biri “PSM” markalı tapança ilə daxili işlər nazirinin sabiq müavininə atəş açıb. Cinçaradze xəstəxanaya aparılan zaman yolda keçinib. Faktla bağlı araşdırma aparılır, qatillərin tutulması üçün xüsusi əməliyyat keçirilir.
Xatırladaq ki, Elqic Cinçaradze 2004-cü ildə Mixail Saakaşvili ilə Acarıstan prezidenti arasında qarşıdurma zamanı məşhurlaşıb. Çılğın xarakterinə görə, “Rembo” ləqəbi verilən Cinçaradze “Acar böhranı” zamanı istefa verib və Abaşidzeyə qarşı ifadə vermək üçün Tiflisə gedib. Onun son zamanlar Moskva vilayətində yaşadığı qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR