Bank Of Baku

Xantı-Mansiyskdə Sibir neftini ilk kəşf edən həmyerlimiz Fərman Salmanova heykəl ucaldılıb - FOTO

Xantı-Mansiyskdə Sibir neftini ilk kəşf edən həmyerlimiz Fərman Salmanova heykəl ucaldılıb - <font color=red> FOTO</font>
# 10 sentyabr 2010 08:01 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Xantı-Mansiyskdə Sibir neftini ilk kəşf edən soydaşımız Fərman Salmanovun abidəsinin açılışı olub. APA-nın Rusiya KİV-nə istinadən məlumatına görə, açılış mərasimində muxtar diyarın neft-qaz müəssisələrinin veteranları, Yuqra bələdiyyəsinin rəhbərləri, diyar hökumətinin nümayəndələri və Dövlət Dumasının deputatları iştirak ediblər.

Neft və Qaz Muzeyinin direktoru Olqa Solyar deyib ki, bu abidə Xantı-Mansiysk Muxtar Diyarının, Rusiya və Azərbaycan vətəndaşlarının, Fərman Salmanovun həmkarlarının ona olan minnətdarlığın təzahürüdür. Abidənin açılışı ilə bağlı Muzey Qərbi Sibirdə 300-dən artıq yataq kəşf edən bu əfsanəvi insanın həyata barədə danışan xüsusi broşür çap edib.

Muzeydə həmçinin F. Salmanovun ailəsi tərəfin hədiyyə edilmiş onun şəxsi kolleksiyasından ibarət sərgi də açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR