Bank Of Baku

Azərbaycanda Etilen-Polietilen Zavodu yenidən fəaliyyətə başlayır

Azərbaycanda Etilen-Polietilen Zavodu yenidən fəaliyyətə başlayır
# 10 sentyabr 2010 09:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Yaxın günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin Etilen-Polietilen Zavodu təlimata uyğun olaraq ardıcıllıqla xammal qəbul edəcək, texnoloji rejim nizamlandıqdan sonra əsas və yan məhsulların alınması ilə zavod yenidən fəaliyyətə başlayacaq.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, «Azərikimya» İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun ərazisindəki məşəl qülləsi təmirdən sonra istifadəyə verilib.

EP-300 kompleksinin əsas və mürəkkəb qurğularından olan, 125 metr hündürlükdəki məşəl qurğusunun başlıq hissəsində yerləşən 3 iri məşəl qazanı yenisi ilə əvəz olunub, qazneytrallaşdırıcı buxar boruları təzələnib və izolyasiya işləri aparılıb. Sınaq-sazlama işləri başa çatdırıldıqdan sonra məşəl qurğusu işə salınaraq yandırılıb, quruducuların regenerasiya işlərinə başlanılıb.

Qeyd edək ki, bir növ mayak rolunu oynayan, həmçinin kimya müəssisələrinin fəaliyyətdə olduğunu bildirən məşəl qülləsinin yenidən alovlanması Etilen-Polietilen Zavodunda aparılan əsaslı təmir işlərinin artıq başa çatmasından, müəssisənin əsas texnoloji avadanlıqlarının iş ahənginin bərpasından və yaxın günlərdə öz istehsalat fəaliyyətini daha səmərəli şəkildə davam etdirəcəyindən xəbər verir.

Zavodun iki böyük kompleksinə - «EP-300» və «Polimir-120» istehsalat sahələrinə daxil olan 10-a qədər sexdə aparılmış əsaslı təmir işləri müəssisənin bütün sahələrini əhatə edib. Bütün rektifikasiya kalonları, kompressorlar, istilikdəyişdiricilər, eləcə də digər avadanlıq və qurğular ilk günlərdən etibarən diqqətlə təftiş olunaraq təmir olunub, istismara tam yararsız olanlar isə yenisi ilə əvəzlənib.

Bundan başqa, su hazırlanması şöbəsində süzgəclərdə anionit və kationitlər dəyişdirilib, susoyuducu kompleks əsaslı təmir edilib, Ceyranbatan su anbarından gələn texniki suyun təmizlənməsi qurğusu quraşdırılıb. Eyni zamanda qazların sıxılması sexindəki istiliksaxlayıcılarda, piroliz sexindəki buxar xətlərində, digər avadanlıq və texnoloji xətlərdə izolyasiya işləri də sona çatmaq üzrədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR