Bank Of Baku

Vladiqafqazda baş verən partlayışda ölən və yaralananlar arasında azərbaycanlıların da olduğu ehtimal edilir

Vladiqafqazda baş verən partlayışda ölən və yaralananlar arasında azərbaycanlıların da olduğu ehtimal edilir
# 10 sentyabr 2010 08:27 (UTC +04:00)
Bakı-APA. Vladiqafqaz mərkəzi bazarında baş verən terror aktında ölən və yaralananlar arasında azərbaycanlıların da olduğu ehtimal edilir.APA-nın məlumatına görə, şəhər administrasiyasının rəsmi saytında partlayış zamanı ölən və yaralananların siyahısı yerləşdirilib. Ölənlər arasında Məmmədova soyadlı bir qadının da adı var. Qadının adı, milliyyəti və vətəndaşlığı haqqında məlumat yoxdur. Rusiya Fövqəladə Hallar Nazirliyinin saytında açıqlanan siyahıda isə terror aktında yaralananlar arasında Abdullayev Rafael Müzadil oğlu (1976), Əliyev Rəhim (1972), Əliyeva Zemfira, Əliyeva Nəzirə Vəzir qızı və Əliyeva Tamila (1976), Qarayev Eldar Qulu oğlunun da adları var. Hələlik adları çəkilən şəxslərin azərbaycanlı, yaxud Azərbaycan vətəndaşı olduğu dəqiqləşməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR