Bank Of Baku

Rusiya prezidenti Vahid Ələkbərovu orden ilə təltif edib

Rusiya prezidenti Vahid Ələkbərovu orden ilə təltif edib
# 10 sentyabr 2010 10:43 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Rusiya prezidenti Dmitri Medvedyev “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovu 3-cü dərəcəli “Vətən qarşısında xidmətlərə görə” ordeni ilə təltif edib.

APA-nın məlumatına görə, fərmanda qeyd olunur ki, şirkət rəhbəri neft-qaz kompleksinin inkişafına verdiyi böyük töhvə və çoxillik vicdanlı əməyinə görə ordenə layiq görülüb.

Xatırladaq ki, Vahid Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda anadan olub, 1974-cü ildə hazırkı Neft Akademiyasını bitirib. 1968-ci ildən Azərbaycan və Qərbi Sibirdə neft mədənlərində işləyən soydaşımız 1987-1990-cı illərdə SSRİ Neft və Qaz Sənayesi Nazirliyində, 1990-1991-ci illərdə neft və qaz sənayesi nazirinin birinci müavini vəzifəsində çalışıb, 1992-1993-cü illərdə “Lanqepasuraykoqalımneft” neft konserninin prezidenti , 1993-cu ildən «LUKOYL» ASC-nın prezidentidir.

İqtisad elmlər doktoru, Rusiya Təbi Elmlər Akademiyasının həqiqi üzvü olan Vahid Ələkbərovun adı dünyanın 500 ən varlı şəxsinin siyahısındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR