Bank Of Baku

Vladiqafqazda terror aktında həlak olmuş iki azərbaycanlının cəsədləri dəfn olunmaq üçün Gürcüstana göndərilib

Vladiqafqazda terror aktında həlak olmuş iki azərbaycanlının cəsədləri dəfn olunmaq üçün Gürcüstana göndərilib
# 10 sentyabr 2010 11:36 (UTC +04:00)
Vladiqafqaz-APA. Vladiqafqazın mərkəzi bazarında baş verən terror aktında həlak olmuş azərbaycanlılar Yasəmən Məmmədova və nəvəsi Elnur Aşinovun cəsədləri dəfn olunmaq üçün Gürcüstana göndərilib. APA-nın “İTAR-TASS”a istinadən yaydığı məlumata görə, Vladiqafqaz şəhər meriyası cəsədlərin göndərilməsi üçün nəqliyyat xərclərini öz üzərinə götürüb. Meriya dəfn mərasimləri ilə yanaşı qəbirüstü abidələrin götürülməsi xərclərini də ödəyəcəyini bildirib. Terror aktında həlak əksəriyyətinin sabah dəfn olunacağı bildirilir. Bundan başqa həlak olanlar arasında Gürcüstan, Ermənistan və Ukrayna vətəndaşlarının da olduğu açıqlanıb. Onların də meyitləri dəfn olunmaq üçün vətənlərinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR