Bank Of Baku

Rusiya prezidenti Şimali Qafqaz liderlərini narazı xalqla aktiv dialoqa çağırıb

Rusiya prezidenti Şimali Qafqaz liderlərini narazı xalqla aktiv dialoqa çağırıb
# 10 sentyabr 2010 13:06 (UTC +04:00)
Bakı - APA. Rusiya prezidenti Dmitri Medvedev Şimali Qafqaz liderlərini xalqla, xüsusən əhalinin onlardan narazı kəsimi ilə aktiv dialoqa çağırıb.

APA-nın “İTAR TASS”a istindən xəbərinə görə, bu bəyanatı prezident Yaroslavl şəhərində keçirilən Dünya Siyasi Forumunda səsləndirib.

D.Medvedev bildirib ki, Şimali Qafqaz regionu spesifik xüsusiyyətləri nəzərə alınmaqla inkişaf etdirilməlidir: “Biz Qafqazın, Qafqaz respublikalarının tarixini bilirik. Bilirik ki, orda insanlar necə həssas və emosionaldırlar”.

Rusiya prezidenti Şimali Qafqazda yoxsulluq, korrupsiya və əcnəbi dini ideoloqların nüfuzu kimi problemlərin olduğunu vurğulayıb: “Onlar yalnız bədbəxtlik gətirir, düşmənçiliyi alovlandırır, insanları terror aktları həyata keçirməyə təhrik edirlər. Amma Qafqazın adi insanları normal yaşamaq istəyirlər”.

Qeyd edək ki, Şimali Qafqaz Rusiyanın ən çox terror aktı törədilən bölgəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR