Bank Of Baku

Vladiqafqazda yaralanan azərbaycanlı ana və oğlunun vəziyyəti haqqında rəsmi açıqlama yayılıb

Vladiqafqazda yaralanan azərbaycanlı ana və oğlunun vəziyyəti haqqında rəsmi açıqlama yayılıb
# 10 sentyabr 2010 17:19 (UTC +04:00)
APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, Şimali Osetiya-Alaniya Respublikasının Rusiya prezidenti yanında daimi nümayəndəliyinin əməkdaşları və Moskvadakı osetin icmasının təmsilçiləri tərəfindən yayılan açıqlamada Moskva xəstəxanalarında hələlik 11 yaralının müalicə olunduğu bildirilib.

Yaralılardan ikisi azərbaycanlıdır. 3 yaşlı Rəşad Rövşən oğlu Aşinov Q.N.Speranski adına 9 saylı Moskva şəhər Klinik Uşaq Xəstəxanasına yerləşdirilib. Partlayış nəticəsində onun kəllə-beyin, sağ budu, sol ombası və bel nahiyəsi qəlpələrlə zədələnib. Hazırda Rəşad ikinci dərəcəli şok vəziyyətindədir.

Onun anası, 22 yaşlı Elvira Aşinova N.N.Priorov adına Mərkəzi Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Onun sağ bud, sol çiyin və sol qol nahiyələrinə qəlpə dəyib. Elvira da oğlu kimi ikinci dərəcəli şok vəziyyətindədir.

Xatırladaq ki, hadisə sentyabrın 9-da Bakı vaxtı ilə 12.20-də baş verib. Terrorçu-kamikadze bazarın əsas girişi qarşısında minalanmış “Volqa” markalı avtomobili partladıb. Partlayışın gücü 30-40 kiloqram trotil ekvivalentinə bərabər olub. Partlayışa görə məsuliyyəti çeçen yaraqlılarının lideri Doku Umarov öz üzərinə götürüb. Partlayış nəticəsində 18 nəfər həlak olub. Ölənlər arasında azərbaycanlılar da var. Bunlar Yasəmən Məmmədova və onun nəvəsi Elnur Aşinovdur. Onların cəsədləri dəfn olunmaq üçün Gürcüstana göndərilib.

Şimali Osetiyadakı Azərbaycan diasporunun nümayəndələri bildiriblər ki, Yasəmən Məmmədova, onun gəlini Elvira Sədi qızı Aşinova (22 yaş), nəvələri Rəşad Rövşən oğlu Aşinov (3 yaş) və Elnur Rövşən oğlu Aşinov (1,5 yaş) terror aktı baş verən zaman bazarın yaxınlığından keçirmiş. Ağır yaralanmış Elvira və oğlu Rəşad xüsusi təyyarə ilə Moskvaya göndərilib. Hər iki yaralının durumunun ağır olduğu bildirilir.

Bundan başqa, Rusiya Fövqəladə Hallar Nazirliyinin saytında açıqlanan siyahıda terror aktında yaralananlar arasında Azərbaycanın Göygöl rayon sakini Abdullayev Rafael Müzadil oğlu (1976), Qazax rayon sakini Rahilə Əhmədova, Gəncə şəhər sakinləri Raqif Əliyev, Rəhim Əliyev və Anar Kazımovun da adları var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR